Rusiya İlon Maskın Starlink peyklərini vurmaqla hədələyir

Ukrayna ordusu kommersiya peyklərindən istifadəni davam etdirsə, onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevrilə bilər. Bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin rəis müavini Konstantin Vorontsov deyib.

Söhbət Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsində və Ukrayna Silahlı Qüvvələrini qapalı rabitə ilə təmin edilməsində (Starlink daxilində) iştirak edən ABŞ-ın peyk bürcündən gedir.