Putin Qarabağ barədə "qarğa dilində" danışdı

Putinə Qarabağın gələcəyi və münaqişənin həlli üçün hansı variantlar təklif edilib?

Aşağıda Rusiya Prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunun 19-cu iclasının plenar iclasındakı çıxışının tam mətni verilmişdir.

Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələni dinc yolla həll etməyi təklif etmişik. Çünki Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Dedik - gəlin münasibətlərin normallaşmasına tərəf gedək, iki rayon var - Kəlbəcər və cənubda bu dəhlizlər (Laçın dəhlizi-red. A), böyük rayondur... Nə vaxtsa Azərbaycan tərəfi ilə razılaşacağıq, 5 rayon verəcəyik, bu rayonları nəzarətdə saxlamaq lazım deyil, sadəcə mənasız bir prosesdir. Əslində bu ərazilərdən azərbaycanlılar faktiki olaraq qovulublar, bu əraziləri ermənilər niyə nəzarətdə saxlayırdılsr ki, heç bir mənası yox idi. Ermənistanın Qarabağla ünsiyyət üçün isə iki böyük rayon (Kəlbəcər və Laçıni nəzərdə tutur) kifayət edərdi.  Fikrimizcə ədalətli olardı ki, razilaşma yolu ilə qaçqınlar qaytarılaydı. Bu, bütövlükdə regionda vəziyyəti normallaşdırmaq üçün yaxşı addım olardı, lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Bildiyiniz kimi, həmin yol bu gün yaranmış vəziyyətə gətirib çıxardı.

İndi həll məsələsi, sülh müqaviləsi barədə bizim mövqeyimiz ondan ibarətdir ki, bu sülh müqaviləsi, əlbəttə, lazımdır. Biz isə sülh yolu ilə nizamlanmanın, eləcə də sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllinin tərəfdarıyıq. Biz bunun tərəfdarıyıq. Məsələ ondan ibarətdir ki, variantı seçimi etmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin işidir. Hər halda hansı variant seçilir seçilsin, sülhə gətirib çıxarsın, hamımız bunun tərəfdarıyıq. Lakin bu gün erməni xalqı və Ermənistan rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazım olduğuna inanırsa, biz heç nəyi məcbur etmək fikrində deyilik, biz Ermənistana heç nə diktə edə bilmərik və etməyəcəyik də.

Mənim anladığım qədər, qondarma Vaşinqton variantı Azərbaycanın bütövlükdə Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə hesab edirsə ki, bu məqbul variantdır, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan, Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var, bu özəlliklər nəzərə alınmalıdır, gələcək sülh müqaviləsində bu müzakirə edilməlidir - bu da mümkündür. Amma təbii ki, Azərbaycanla danışıqlar aparmaq lazımdır, bu razılaşmaların Azərbaycan üçün də məqbul olması lazımdır.

Bu, çox çətin, açıq desək, olduqca çətin sualdır. Lakin Ermənistan bizim strateji tərəfdaşımızdır, müttəfiqimizdir. Biz təbii ki, Azərbaycanın da maraqlarını nəzərə alaraq, Ermənistanın özünün nə təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq.