Putin Valday diskussiya klubunda Qərbi ittaham etdi

Vladimir Putin Qərbi “eskalasiya üçün oynamaqda”, Ukraynada müharibəni qızışdırmaqda (bu indi başa düşüb ki, Qərb onu Ukraynanın üstünə qısqırdıb), Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.

▪️  Hadisələr hələ də mənfi ssenari üzrə inkişaf edir - onlar genişmiqyaslı böhrana çevriliblər.

▪️  Qərb Ukraynada münaqişəni qızışdırır.

▪️  Hər şeyi Kremlin məkri üzərinə yıxmaq olmaz.

▪️  Tarix hər şeyi öz yerinə qoyacaq və dünya mədəniyyətinin ən böyük dahilərini yox, onları öz mülahizələri ilə idarə edənləri sıradan çıxaracaq.

▪️  Qərb bəşəriyyətin bütün resurslarına iddia edir.

▪️  Qərbdən fərqli olaraq biz başqasının həyətinə girmirik (bəs Ukraynaya girən kimdi - red. A.N).

▪️  Hazırda ölkələrin böyük əksəriyyəti ayrı-ayrı dövlətlərin hər hansı formada avtoritar diktəsini qəbul etməyərək beynəlxalq məsələlərdə demokratiya tələb edir.