ABŞ Rusiyanın peyk təhdidinə cavab verdi

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib ki, Rusiyanın kommersiya peyklərinə zərbə endirəcəyi təqdirdə ABŞ adekvat cavab verəcək.

Onun sözlərinə görə, ABŞ infrastrukturuna istənilən hücum müvafiq cavabla qarşılaşacaq.

O, həmçinin bildirib ki, həqiqətən də Rusiyanın peyk əleyhinə texnologiya əldə etməyə çalışdığına dair açıq sübutlar var.