BMT nümayəndəsi İran hökumətinin etirazçılara qarşı zorakılığını misilsiz adlandırdı

 

İranda insan hüquqları üzrə xüsusi məruzəçi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim etdiyi İranda insan haqlarının vəziyyəti ilə bağlı sayca beşinci hesabatında İran İslam Respublikasındakı zorakılıq şəraitini misilsiz adlandırıb.

Cavid Rəhman Məhsa Əmini adlı 22 yaşlı qızın “Əxlaq” polisi tərəfindən həbs olunduqdan sonra xəstəxanada ölməsi və bunun xalqı qəzəbləndirdiyini, ölkə boyu kütləvi etiraz dalğaları və siyasi dəyişiklik tələb edən sosial təbəqələrin üsyanına toxunaraq, insan hüquqlarının bərpası üçün xüsusilə qadın və yeniyetmələrin daha fəal rol oynadıqlarını vurğulayıb.

O, vətəndaşların qorxusunun itdiyini və proqnozlaşdırıldığı kimi, Tehran hökumətinin etirazçılara qarşı repressiyalar, söz azadlığının məhdudlaşdırılması və internetin kəsilməsi ilə cavab verdiyini deyib.