Rusiya səfərbərliyin başa çatdığını elan etdi

ABŞ daha çox silah göndərdi

Rusiya cümə günü bildirib ki, Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçiləri bir ay ərzində hərbi xidmətə çağırıb. İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olan qismən səfərbərlik kampaniyasından sonra çağrışçıların dörddə birindən çoxunu döyüş meydanına göndərib.

Birləşmiş Ştatlar isə Pentaqonun inventarlarından olan silahlar, sursatlar və avadanlıqlar da daxil olmaqla Ukraynaya daha 275 milyon dollarlıq hərbi yardım göndərəcəyini açıqlayıb. Bu, Bayden administrasiyası dövründə ABŞ-ın İkraynaya hərbi yardımını 18,5 milyard dollara catdırıb.