Sutkanın əsas dünya xəbərləri

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luis İnasio Lula da Silva qalib gəlib. O, səslərin 50.9 faizini, onun rəqibi, hazırkı prezident Jair Bolnosaru isə 49.1 faizini toplayıb. Lula da Silvanın andiçmə mərasimi yanvarın 1-nə planlaşdırılıb.
                      ***
 BMT, Türkiyə və Ukrayna nümayəndə heyətləri oktyabrın 31-nə gəmilərin “taxıl dəhlizi” üzrə hərəkəti qrafiki barədə razılığa gəliblər, bu barədə BMT-nin Birgə Koordinasiya Mərkəzindəki nümayəndəsi bildirib. Daha əvvəl Rusiya  “taxıl müqaviləsi”ndən çıxdığını açıqlayıb.
                        ***
Cənubi Koreya və ABŞ təxminən 5 ildə ilk genişmiqyaslı birgə hava təlimlərinə başlayıb. Onlara təkmilləşdirilmiş gizli təyyarələr də daxil olmaqla 240-dan çox təyyarə daxildir. Təlim 5 gün davam edəcək, müttəfiqlər inkişaf edən Şimali Koreya təhdidlərinin qarşısının alınmasını gücləndirməyə çalışırlar.
                     ***Y

Yeni Zelandiya İranın insan haqlarını inkar etdiyini və Məhsa Əmininin ölümü ilə bağlı etirazları zorakılıqla yatırdığını bildirərək, İranla rəsmi ikitərəfli insan haqları dialoqunu dayandırıb. Ölkələr 2018-ci ildə insan haqları məsələlərini inkişaf etdirmək üçün dialoq aparıblar, danışıqların birinci raundu 2021-ci ildə, növbəti raund isə 2022-ci ilin sonuna planlaşdırılıb.