"Tehran-İrəvan əlaqələri diplomatik danışıqlardan daha geniş xarakter alır"

İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqaian İSNA xəbər ajansına müsahibəsində Qafqaz bölgəsində baş verən proseslərlə bağlı İranın siyasətindəki dəyişikliyi təhlil edərkən iddia edib:

“Görünür, İran və Ermənistanın xarici siyasəti yaxınlaşma və regional əməkdaşlığa uyğun olaraq, sülh, təhlükəsizliyin qorunması və ikitərəfli münasibətlərin möhkəmləndirilməsini vurğulamaqla, daha sürətlə irəliləyir. Biz çox güman ki, regional proseslərdə yeni yanaşmaların şahidi olacağıq.

Bu sözsüz ki, qonşularla xarici siyasətdə şahidi olduğumuz yeni dinamika ilə əlaqədar, Əmir-Abdullahiyanın Ermənistana səfəri həm İran, həm də şimal qonşularımız olan Bakı və İrəvan üçün müsbət addım oldu. İran İslam Respublikası həmişə sülh və sabitliyə can atıb, xüsusən də Qarabağ münaqişəsi ilə bağlı bu məsələnin tarixi İranın mühüm və təsirli rol oynadığını göstərir.

Təbii ki, İrandan əlavə, Ermənistan da xarici siyasətində dəyişiklik etməyə çalışır. Görünür, onun siyasəti keçmişlə müqayisədə dəyişib. O, İran, Rusiya, Avropa və hətta, ABŞ-la yaxşı münasibətlərdə və əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu məsələ ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı diqqət çəkib...”.