Rusiya nüvə zərbəsinə hazırlaşır - ABŞ

Rusiya Federasiyası Ukraynaya qarşı nüvə silahından istifadə etməyə hazırlaşır - The New York Times.

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya rəhbərliyinin nüvə zərbəsi planlaşdırmasından narahatdır.

NYT mənbələrə istinadən yazır ki, Rusiya Federasiyası silahlı qüvvələrinin rəhbərləri Moskvanın Ukraynaya qarşı taktiki nüvə silahından nə vaxt və necə istifadə edə biləcəyini müzakirə ediblər.

ABŞ-ın yüksək rütbəli rəsmilərinin sözlərinə görə, bu, ABŞ və müttəfiqlərini daha çox narahat edir.

Qəzet yazır ki, NYT-nin məlumatına görə, Rusiya diktatoru Putin Rusiyanın nüvə ritorikasının artması və döyüş meydanında uğursuzluqlar fonunda baş verən nüvə silahının potensial istifadəsi ilə bağlı müzakirələrdə iştirak etməyib.