Sutkanın əsas dünya xəbərləri
Keçmiş baş nazir Benyamin Netanyahu İsraildə seçkilərdə qalib gəlir: bülletenlərin 85%-nin hesablanmasından sonra əldə edilən nəticəyə görə, onun “Likud” partiyasının rəhbərlik etdiyi sağ blok 120 yerlik Knessetdə (parlament) 65 yer qazanıb. Netanyahu 1996-1999-cu, daha sonra isə 2009-2021-ci illərdə hökumətə rəhbərlik edib.
***
Cənubi Koreya ordusu bildirib ki, Şimali Koreya şərq sahillərində üç ballistik raket atıb. Yaponiyanın şimalında bu təcili sığınacaq xəbərdarlığına səbəb olub və qatarların hərəkətini müvəqqəti dayandırıb. Daha sonra raketin ölkə ərazisi üzərindən Yapon dənizinə düşdüyü müəyyən edilib. Bir gün əvvəl də Şimali Koreya ən azı 24 raket və 100 artilleriya mərmisi atıb.
***
BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Ukrayna və ABŞ-ın Bioloji Silahların Qadağan edilməsi Konvensiyasını pozan “hərbi-bioloji” fəaliyyətini araşdırmaq üçün komissiya yaratmaq barədə qətnaməsini rədd edib. Rusiya və Çin istintaqın lehinə, Böyük Britaniya, ABŞ və Fransa isə əleyhinə səs verib, daha 10 nümayəndə heyəti isə bitərəf qalıb.