Şimali Koreya Rusiyaya silah satır

Şimali Koreya gizli şəkildə Rusiyanı artilleriya mərmiləri ilə təmin edir, - bu barədə CNN Ağ Evin koordinatoru Con Kirbiyə istinadən xəbər verir.

Onun sözlərinə görə, KXDR son hədəfi gizlətməyə çalışır və silahların Yaxın Şərq və ya Şimali Afrika ölkələrinə göndərilməsi görüntüsü yaradır. Lakin əslində Ukraynaya qarşı müharibə üçün Rusiyaya əhəmiyyətli miqdarda Koreya silah-sursatları gəlir.