Sutkanın əsas dünya xəbərləri



 G7 ölkələri (B. Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) və Avstraliya Rusiya neftinə sabit qiymət tətbiq etmək barədə razılığa gəliblər. Qiymət tavanı hələ müəyyən edilməyib, lakin noyabrın sonuna kimi müəyyən edilməyi planlaşdırılır.
                      ***
 Şimali Koreya gecə ərzində dəniz sərhədi zonasına 80-ə yaxın artilleriya mərmisi atıb. Bundan bir qədər əvvəl ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərin uzadılması barədə razılığa gəliblər. Daha sonra Vaşinqtonda keçirilən görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Cənubi Koreyanın müdafiə naziri Li Conq Sup Şimali Koreyanın hərəkətləri fonunda NATO-nun “qətiyyətini və qabiliyyətini” nümayiş etdirmək üçün yeni tədbirlər axtarmağa söz veriblər.
                     ***
 Almaniya kansleri Olaf Şolts Pekinə rəsmi səfərə gəlib. O, Çin lideri Si Tsinpinlə görüşüb. Si Tsinpin öz növbəsində cənab Şoltsa dünyada baş verən “xaos” fonunda ikitərəfli əməkdaşlığı gücləndirməyi təklif edib.