NATO üçün "yaxşi xəbər...)
NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın dünənki Brüssel iclasını şərh edib.
“Yaxşı xəbər odur ki, tərəfdaşlarımız yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq üçün zəruri olan sərhədlərin delimitasiyası məsələsini müzakirə edirlər. NATO Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdardır və Aİ-nin bu istiqamətdə səylərini, o cümlədən bu danışıqların aparılmasını və Aİ-nin monitorinq missiyasının fəaliyyətə başlamasını alqışlayır”.