İrəvanda İran biznes mərkəzi fəaliyyətə başlayır
Ermənistanın İrandakı iqtisadi müşavirinin köməkçisi Zuliyan deyib: “Bir ay ərzində Ermənistanın paytaxtı İrəvanda İranın 200 şirkətinin iştirakı ilə biznes mərkəzi fəaliyyətə başlayacaq”.
Ermənistanın Armavir şəhərinin meri David Xudatyan və Ermənistanın İrandakı iqtisadi müşavirinin köməkçisi Zuliyan İranın Kerman əyalətinin meri Səid Şeirbafla görüşərək danışıqlar aparıb.
Zuliyan İran-Ermənistan iqtisadi əməkdaşlığının son 8 ayda genişləndiyini bildirib və bir ay ərzində sahəsi 20 min kvadrat metr olan biznes mərkəzinin fəaliyyətə başlayacağına toxunaraq deyib: “Bu mərkəzdə 200 İran şirkəti iştirak edəcək. Ona görə də biz burada İranın Kerman əyalətindən investorların fəaliyyəti üçün lazımi şərait yaradacağıq”.
Görüşdə Armavir şəhərinin meri Devid Xudatyan İrana səfər etmək imkanı yaratdığına görə İran səfirliyinə, Xarici İşlər Nazirliyinə və bu səfərin təşkilində əməyi olan Kerman merinə və digər qurumlara təşəkkür edərək deyib.
Kermana ilk səfərimizdə bizdə şəhər və qonaqpərvər Kerman əhalisi haqqında müsbət təəssürat yarandı. Ermənistanın baş naziri bəyan edib ki, İranla iqtisadi mübadilənin həcmi 3 milyard dollara çatdırılmalıdır. Ona görə, biz də bu mübadilələrdə pay sahibi ola bilərik”.
Kerman əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mehdi Təbibzadə də bu görüşün Ermənistan nümayəndə heyəti ilə sayca üçüncü görüş olduğuna toxunaraq iki ölkə arasında dərin bağlar olduğunu bildirib: “Kerman və Armavir şəhərləri arasında çoxlu ortaq cəhətlər var və ümid edirəm ki, bu iki şəhər arasında qardaşlıq sazişinin imzalanması bu cəhətləri daha da inkişaf etdirəcək. Ötən il Kermandan Ermənistana 9 milyon dollarlıq ixrac həyata keçirilib, amma təəssüf ki, Ermənistandan Kermana idxal həyata keçirə bilməmişik”.
O, 2019-cu ildə İranın İqtisadiyyat Nazirliyi, Kerman əyalətinin meriyası və İran Ticarət Palatası arasında dünyanın 6 ölkəsində 6 ixrac bazasının tikintisinə dair anlaşma memorandumu imzalandığını açıqlayaraq deyib: “Bazalardan biri də Ermənistanda olacaq. Bu səbəbdən biz bu ölkəyə ekspert qrupu göndərməyi, bazarı araşdırmaq və cari ilin fevral ayında açmağı planlaşdırırıq”.