İran Azərbaycandakı məxfi əməliyyatçılarına yüz minlərlə avro ödəyib
İranın “Black Rewards” haker qrupu İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Azərbaycandakı iranlı əməliyyatçılara ödənişlə bağlı məlumatların yer aldığı daxili sənədlərini yayıb.
Bunlar adıçəkilən qurumun rəsmi blankında Məhəmməd Fəth Əliyə (xarici işlər nazirinin maliyyə və inzibati işlər üzrə müavini) ünvanlanmış məktublardır.
Sənədlərdə iranlı əməliyyatçıların müxtəlif ölkələrdəki hesablarına yüz minlərlə avronun köçürülməsi tələbi var.
O cümlədən, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 avro və 75.000 avro, Naxçıvana isə 15.083 avro və 30.000 avro köçürülüb. 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.
2022-ci ilin aprelində Moskvaya 40.000 avroluq transfer də diqqət çəkir.
Köçürmələr İranın dövlət bankından həyata keçirilib (Standstoneman-ın Twitter səhifəsi).
Türkiyə telekanalı: "Azərbaycandakı Xomeynist gizli qrup İranın dəstəyi ilə dövlət çevrilişi hazırlayır"