Goytəpə şəhərində bazar yandı

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülür.

Bu barədə FHN-dən məlumat verilib.

17:34

Cəlilabad rayonu Göytəpə şəhər bazarındakı yanğın məhdudlaşdırılıb.

Hazırda ərazidə yanğını soyutma işləri aparılır.

Cənub bölgəsindən verilən məlumata görə, hadisə nəticəsində 20-yə yaxın mağaza zərər görüb.

Faktla bağlı araşdırma aparılır.

16:47

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda yanğın olması barədə məlumat daxil olub.

FHN xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğın söndürmə işləri davam etdirilir.