"Biz ABŞ-la böyük razılaşma bağlamağa hazırıq"

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə “böyük razılaşma” imzalamağa hazır olduğunu bildirib.

Lim10.az ” xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Məlumata görə, A. Lukaşenko Minskdə keçirilən iclasda deyib ki, Belarus Vaşinqtonun tələblərini nəzərə almağa hazırdır, lakin ABŞ da Minskın maraqlarını göz önünə almalıdır.

“Biz ABŞ-la böyük razılaşma bağlamağa hazırıq. Trampın təkliflərini tamamilə qəbulolunan sayıram”, – deyə Prezident vurğulayıb.

Lukaşenko həmçinin, münasibətlərin inkişafı üçün konkret addımların hazırlanmasını tapşırıb və Belarusun Rusiya və Çinlə əlaqələrinin zərər görməməsinin vacibliyini qeyd edib.(qafqazinfo)