ABŞ Rusiyaya təzyiq üçün bu ölkələrlə işləməyə hazırdır

Amerika Rusiyaya təzyiqi əhəmiyyətli dərəcədə artırmaq üçün G7 tərəfdaşları ilə əməkdaşlığa hazırdır.

Lim10.az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skot Bessent Ukraynanın baş naziri Yuliya Svırıdenko ilə görüşü zamanı bildirib.

Bessent avropalı müttəfiqlərinin təkcə Rusiyaya deyil, həm də onun neftini almaqla Rusiya hərbi maşınını maliyyələşdirən istənilən ölkəyə təzyiqi artırmasının vacibliyini qeyd edib.

Mürtəza