Qərb Ukraynanı danışıqlar masasına əyləşdirmək istəyir

Qərb rəsmiləri getdikcə Ukrayna və Rusiya arasında danışıqlara meyllidirlər - media.

NBC News-un məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Qərb müdafiə nazirliklərinin nümayəndələri Ukraynanın rus işğalçılarını işğal olunmuş ərazilərdən tamamilə çıxarmaq imkanlarını şübhə altına alırlar.

"Qışda işlər ləngiyir. Danışıqlar üçün potensial var, biz onların baş tutmasını istərdik", - NBC News mənbələrindən biri bildirib ki, bu fikiri Qərb müdafiə nazirliklərinin nümayəndələri səsləndirib.