Cənubi Koreya Ukraynaya silah verməyə təhrik edilir

Birləşmiş Ştatlar Ukraynaya Cənubi Koreyadan sursat ötrülməsı üçün danışıqlar gedir, bunu Vaşinqton rəsmisi deyib.

Vaşinqton Ukraynaya göndərmək üçün Cənubi Koreya artilleriya mərmilərini almaq istəyir. Bunu ABŞ rəsmisi cümə günü deyib. Hətta, Seul ABŞ-ın döyüş sursatının son istifadəçisi olması və Ukraynaya ölümcül silahların verilməsinə qarşı siyasətinin dəyişməz olduğunu israr etdiyi halda belə, bu tələb Cənubi Koreya qarşısında qoyulub.

Davam edən danışıqları müzakirə etmək üçün adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Vaşinqtonun Cənubi Koreyaya məxsus 155 mm-lik artilleriya mərmilərini Ukraynaya göndərmək istədiyini təsdiqləyib.