Rusiya Ukraynaya elektromaqnit zərbəsi endirmək qərarına gələ bilər, - Financial Times

 

Bildirilir ki, kosmosda nüvə yükünü partlatmaqla bütün elektronikanı sıradan çıxara biləcək elektromaqnit impuls yaratmaq mümkündür. Onda mülki və hərbi texnikanın sıradan çıxması ehtimalı var.

Xüsusən də Xerson vilayətində belə partlayış regionun bəndlərinə nəzarət edən sistemləri sıradan çıxaracaq, həmçinin elektrik, istilik və suyu kəsəcək. Avtomobillərin də hərəkəti dayana bilər.

Lakin Rusiya Federasiyası belə bir addım atmağa qərar verərsə, bu, NATO-nun kollektiv reaksiyasına səbəb olacaq.