Ukrayna yayda danışıqlar masasına əyləşə bilər

12:38:06Rusiya Federasiyası ilə danışıqları bərpa etmək imkanı 2023-cü ilin ikinci yarısında - Rusiya və ABŞ-da prezident seçkiləri öncəsi seçki tsikllərinin başladığı zaman yarana bilər.

Ukrayna Ali Radasında "Xalqın qulluqçusu" fraksiyasının sədri David Georgieviç Araxamia bu barədə telemarafonun efirində məlumat verib. Eyni zamanda o vurğulayıb ki, Ukrayna yalnız Zelenskinin elan etdiyi şərtlər yerinə yetirildikdə danışıqlar masasına oturacaq.