Rusiya təzminat ödəyəcək

BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüzlə bağlı müdafiə vasitələri və təzminatların təmin edilməsi” adlı qətnamə qəbul edib. 94 ölkə lehinə, 14 ölkə əleyhinə, 73 ölkə bitərəf qalıb.

Qətnaməyə əsasən, Rusiya Federasiyası beynəlxalq hüququn pozulmasına görə məsuliyyət daşıyacaq, nəticələrə Ukraynaya dəymiş zərərin ödənilməsi daxildir.

Qətnamənin qəbulunun əleyhinə Rusiya, Lukaşenkonun nümayəndələri, Çin, Şimali Koreya, İran, Suriya və Rusiya Federasiyasının digər dostları səs verib.