Rusiya bu gün Ukraynaya 90 raket atıb


Bu gün Ukraynanın 18 vilayətinə, təxminən 90-a yaxın raket zərbəsi endirilib. Raketlərin 70-ə yaxını HHM tərəfindən zərərsizləşdirilib. Raket hücumları nəticəsində ölkənin enerji sistemi sıradan çıxıb. Bu müharibə başlayandan Rusiyanın ən ağır raket hücum əməliyyatlarından sayılır. Raketlərdən biri Polşa sərhəddinə düşüb, bir traktor partlayıb, 2 nəfər ölüb. Təcili olaraq Polşa Təhlükəsizlik Şurası iclas çağırıb. Polşa NATO-ya müraciət etməyə hazırlaşır.

Bu arada Macarıstan da Təhlükəsizlik Şurasının iclasını çağırıb.