İranın Kerman əyalətinin Şahdad və Sirah rayonlarında 4,9 bal gücündə zəlzələ olub.
Lim10.az bu barədə İran mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, yeraltı təkanlar səkkiz kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntı barədə məlumat yoxdur.