Mətbuat Günü ilə bağlı şimal rayonlarına mediatur təkşil edilib

Yay fəsli gələndə insanları daha çox harada və necə istirahət emək düşündürür. İnsanlar dünyanın dünyanın məşhur, tanınmış istirahət məkanları ilə yanaşı, Azərbaycan daxilində dincəlməyə üstünlük verirlər. Lakin cəmiyyətin, xüsusən də həssas təbəqəsinin heç də hamısı bu mövsümdə istirahət etmək imkanına malik deyil. Bu insanların büdcəsi belə bir istirahət etməyə imkan vermir.

Bəs bu qəbildən olan insanları isə düşündürən bir sual var- necə, harada, ucuz və keyfiyyətli istirahət etmək olar? 

Ona görə də bu insanlar daha çox Həmkarlar İttifaqlarının yaratdığı imkanlardan faydalanmaqla istirahətə əlçatan, keyfiyyətli istirahətə üstünlük verirlər.

Son bir ildə daha çox insanın istirahətini təmin etmək və daxili turzimin inkişafına töhfə vermək, eyni zamanda ölkə başçısının sosial siyasətinin uğurla icrası məqsədilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) ciddi islahatlara başlayıb.

522043

AHİK 2024-cü ilin sonundan etibarən daha çox insanın sanatoriya, kurort və istirahət mərkəzlərində istirahətini, həmçinin bu sahədə əvvəlki illərdə baş verən xoşagəlməz halları aradan qaldırıb şəffaflığı təmin etmək məqsədilə elektron müraciət formasını təşkil edib. Artıq Həmkarlar İttifaqı xətti ilə istirahət emək istəyən şəxs elektron qaydada istədiyi istirahət mərkəzini seçib lazım olan məlumatları doldurmaqla qeydiyyatdan keçib istirahət mərkəzlərinə güzəştli yollayışlar əldə edə bilir. Onu da qeyd etmək lazımdır ki, AHİK əvvəlki illərdən fərqli olaraq çoxsaylı insana istirahət imkanı yaratmaq üçün respublika ərazisində fəaliyyət göstərən çox sayda istirahət mərkəzlərinə göndərişlər verməyə başlayıb. Yəni həssas təbəqədən olan insan AHİK-in güzəştli imkanlarından faydalanmaqla Azərbaycanın ən məşhur istirahət mərkəzində istirahət etmək hüququ əldə edir. Məsələn, ucqar rayonda və ya kəndə çalışan təhsil işçisi Şəkidəki “Marxal”, Basqalda, Qubada  “Nazlı Bulaq”da və digər bölgələrdəki məşhur istirahət mərkəzlərində istirahət edə bilərlər.  

Müraciət daxil edildikdən sonra 3 mərhələli təsdiqdən keçir. Birinci mərhələdə 5 iş günü ərzində AHİK tərəfindən yoxlanılır. AHİK əməkdaşları sənədləri, hotelin rezervasiyasını, tarixi analiz etdikdən sonra məlumat emal edilir və maksimum 15 iş günü ərzində təsdiq, yaxud imtina verilir. Vətəndaş üçün müəyyən tarixdə boş yer yoxdursa, ona ya eyni hoteldə başqa bir tarix təklif olunur, ya da eyni tarix üzrə başqa hotel təklif olunur. O artıq onun öz seçimi olur. Bilirsiniz ki, yay mövsümü məzuniyyətlər dövrüdür. Ən çox da müraciət edənlər müəllimlərdir. Tədris ili başlayandan sonra məzuniyyət imkanları olmadığı üçün biz onların sorğularının müsbət cavablandırılmasına çalışılır. 

522044

Qeyd etmək lazımdır ki, e-AHİK portalı üzərindən isə 4 iyundan indiyədək artıq yüz minə yaxın müraciət daxil olub.

Lakin elektron sistem yeni olduğundan bir çox insanlar ya təcrübəsizlikdən, ya da elektron sistemdəki məlumatı düzgün doldura bilmədiyindən zamanında  qeydiyyatdan keçə bilmir.

Vətəndaşların məlumatsızlığı və qaydalardan kənara çıxmaları prosesi ləngidir. Məsələn, şəxs gəlir ki, həm həyat yoldaşını, həm də valideynlərini özü ilə aparsın. Amma qanuna görə, ailə yalnız ər, arvad və övladdan ibarətdir. Bundan əlavə, sənədlər düzgün təqdim olunmur. Bir çox hallarda isə  müraciət edən insanın istədiyi  vaxtda getmək istədiyi istirahət mərkəzi dolu olur və bu da istirahət etmək istəyənlər arasında müəyyən narazıçılıq yaradır.

Yollayışın təyinatından asılı olmayaraq, hər bir üzv ümumi dəyərin yalnız 15%-i ödəməklə yollayış əldə edirlər. Sadəcə, onlar müəyyən prosedurlara əməl etməlidir. Bu, ilk növbədə, yollayışdan istifadə edəcək ailə üzvləri ilə bağlı olan məsələdir. Ailə üzvləri dedikdə sanator-kurort, yəni müalicə təyinatlı yollayışlarda yalnız ər və arvad gedə bilər. Uşaqlar, yaxud digər ailə üzvləri bu yollayışdan istifadə edə bilməz. İstirahət təyinatlı yollayışda isə ər, arvad və yalnız 18 yaşa qədər olan övladları, 18 yaşından 23 yaşa qədər olan övladlar isə tələbə biletini təqdim edərək xidmətdən yararlana bilər. Bu halda bütün üzvlər yollayışın ümumi dəyərinin 15%-i ödəyir. Müalicə təyinatlı yollayışlarda isə əgər ailə üzvünün biri AHİK-ə üzv deyilsə, bu halda o yollayışının 50% dəyərini ödəyir.

Yeni qaydalar görə, vətəndaşlar ən tez 15 təqvim günü ərzində gün seçə bilərlər. Bu da Həmkarlar İttifaqına onların təsdiq və rezervasiya prosesində vaxt qazanmasına imkan verir. Ən geci də 3 ay sonrakı müddətdə hotel və ya sanatoriyaya qəbul ala bilirlər.

Onu da qeyd etmək lazımdır ki, elektron sistem yeni olduğundan "digital login"dən istifadə edə bilməyən vətəndaşlarımız telefon zəngi ilə qeydiyyatdan keçə bilir.

AHİK-də həyata keçirilən islahatlarla, o cümlədən yerlərdə real vəziyyətlə tanış olmaq məqsədilə AHİK Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Milli Mətbuatın 150 illik yubleyi ərəfəsində iyulun 18-19-da bir qrup media məmsilçisi üçün Xaçmaz, Qusar və Quba rayonlarında fəaliyyət göstərən istirahət mərkəzlərinə mediatur təşkil edib.

522046

Media təmsilçiləri ilk olaraq Nabrandakı elm və təhsil işçiləri üçün nəzərdə tutulan “Təhsil” istirahət mərkəzi ilə tanış olub. Bir neçə hektar ərazini əhatə edən istirahət mərkəzində həftədə 800-dək insanın aktiv istirahəti, qidalanması üçün hər cür şərait yaradılıb. Burada ailə üzvləri ilə birlikdə istirahət edənlər üçün hovuzlar, müxtəlif əyləncə məkanları fəaliyyət göstərir. Gün ərzində isə 2-3 dəfə avtobusla çimərliyə aparılır.

Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri Ruhiyyə İsrafilovanın məlumatına görə, əgər əvvəlki illərdə Həmkarlar İttifaqının imkanlarından üç mindən bir az artıq insan faydalana bilirdisə, artıq bu ilə həmin rəqəm bir neçə dəfə artıb. “Lakin həyata keçirilən islahatlar və elektron sistemin tətbiqindən sonra son günlərədək haradasa 20 minə yaxın insan istirahət üçün Həmkarlar İttifaqına müraciət edib. Müraciət edən şəxslərə respublikanın ən müxtəlif bölgəsindəki istirahət mərkəzlərində istirahət üçün imkanlar yaradılır”, - o qeyd edib.

Media təmsilçiləri eyni zamanda dövlət idarələrində çalışanlar üçün nəzərdə tutulan “Ülfət”, dəmiryolçuların “Lokomotiv” istirahət mərkəzi ilə tanış oldular. Burada da  istirahət edənlər üçün aktiv istirahəti üçün hər cür şərait yaradılıb. “Ülfət” istirahət mərkəzi həftərə 136 nəfərə, “Lokomotiv” istirahət mərkəzi isə həftədə 210 nəfərdən artıq insana xidmət göstərmək imkanına  malikdir.  

Qusar şəhər mərkəzindəki “Şəfa” istirahət mərkəzi səhiyyə işçiləri üçün nəzərdə tutulub. Burada səhiyyə işçilərinin istirahəti üçün hər cür şərait mövcuddur.

Qubanın Qrız Dəhnə kəndi yaxınlığında Qudyalçayın kənarında füsunkar təbiətin qoynunda yerləşən və əsasən təhsil işçiləri üçün nəzərdə tutulan “Nazlı Bulaq” istirahət mərkəzi isə istirahət etmək istəyənlərə əsl nağıllarda deyildiyi kimi gözəl bir məkandır. Dağların, qalın meşə ilə əhatə olunan bu məkan həftədə yüz nəfər elm və təhsil sektorunda çalışan insana güzəştli istirahət imkanı yaratmaq imkanına malikdir.

Mediatur zamanı istirahət edən insanlar da onlara yaradılan şəraitdən razı qaldıqlarını açıqca ifadə etdilər. 

AHİK təmsilçilərinin verdiyi məlumata görə, həyata keçirilən məqsədyönlü islahatların təkmilləşdirilməsi nəticəsində növbəti illərdə daha çox insanın güzəştli imkanlardan faydalanaraq istirahətinin təmin edilməsi nəzərdə tutulur.

Mürtəza
Lim10.az