İraqda ABŞ bazasında güclü yanğın

İraqda Ərbil şəhərində yerləşən ABŞ-nin Hərir hərbi hava bazasının ərazisində güclü yanğın baş verib.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Shafaq News" öz mənbələrinə istinadla xəbər yayıb.

"Yerli mənbə bildirib ki, Ərbil şəhərinin kənarında yerləşən Hərir hərbi hava limanı ərazisində yanğın baş verib", - deyə nəşr xəbər yayıb.

Qeyd olunub ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib, səbəblər araşdırılır.

KİV-də yayılan hələ təsdiqlənməmiş məlumatlara görə, bir qrup pilotsuz uçuş aparatı "Patriot" zenit-raket kompleksinə, kazarma binasına və yanacaq anbarlarına hücum edib.

İraqda ABŞ bazasında güclü yanğın

İraqda ABŞ bazasında güclü yanğın