"Crocus City Hall"da törədilən terror aktı barədə yeni detal məlum olub

"Crocus City Hall"da törədilən terror aktında müxtəlif ölkələrin nümayəndələrinin daxil olduğu beynəlxalq komanda üzvlərinin əli var.

Lim10.az xəbər verir ki, bu açıqlama ilə "Rosfinmonitorinq" (Rusiya Federasiyası Maliyyə Monitorinqi üzrə Federal Xidmət) rəhbəri Yuri Çixançin çıxış edib.

Federasiya Şurasında çıxışı zamanı o, həmin şəxslərin Mərkəzi Asiya və Avropa ölkələrinin nümayəndələri olduğunu vurğulayıb.

"Bu komandanın içində ruslar da var", - deyə Rusiya rəsmisi bildirib.