Azərbaycanın da iştirak edəcəyi V Ümumdünya Köçəri Oyunlarının eskizləri təqdim edilib

2024-cü il sentyabrın 8-dən 13-dək Astanada təşkil ediləcək 5-ci Ümumdünya Köçəri Oyunlarının 3D formatında eskizləri təqdim olunub.

Oxu.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, daha əvvəl eskizlər ictimailəşdirilməmişdi.

Xatırladaq ki, Azərbaycanın və digər türk dövlətlərinin də təmsil olunacağı Ümumdünya Köçəri Oyunları etnik idman növləri üzrə ən böyük beynəlxalq idman yarışıdır.

Müsabiqə Orta Asiyanın köçəri xalqlarının milli oyunlarına əsaslanır.