Avropa İttifaqı Ukraynaya 50 milyard avro məbləğində yardım paketi hazırlayır: Planın təfərrüatı

"Avropa Komissiyası Ukraynanı dəstəkləmək üçün çox tezliklə 50 milyard dollar məbləğində kredit paketi təklif etməyi planlaşdırır ki, ilin sonuna qədər qanunvericilik işini tamamlaya bilsin".

Lim10.az-ın "Bloomberg"ə istinadla verdiyi məlumata görə, bu barədə iqtisadiyyat məsələləri üzrə komissar Paolo Centiloni məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərə əsaslanan yardım planı gələn həftə Rio-de-Janeyroda "Böyük Yeddilik" ölkələrinin maliyyə və mərkəzi bank rəhbərləri tərəfindən də müzakirə ediləcək.

"Bu prosesin başlanması çox təcilidir. Məhz buna görə və gələn həftə G-7 görüşü səbəbindən Avropa Komissiyası təklifin mümkün qədər tez masada olması üçün intensiv işləyir", - deyə Centiloni vurğulayıb.