Bakıda ağır qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti stabildir.
Bu məlumat Lim10.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"24 noyabr saat 22:10-da 1997-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Döş qəfəsinin, sol əlin və baldırın yumşaq toxumalarının əzilməsi diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Travma-ortopediya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunur.
Əzizə İsmayılova
Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Zığ şosesində baş verib.
Hadisə zamanı "Daewoo" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəzaya "Daewoo" markalı maşının idarəetməni itirməsi səbəb olub.
Zərbənin gücündən "Mercedes" markalı avtomobil yol kənarına aşıb.
Qəza nəticəsində "Mercedes"in sürücüsü ağır xəsarət alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.