Sutkanın əsas dünya xəbərləri

 NATO Polşada raketin düşməsi ilə bağlı insidenti Rusiyanın düşünülmüş hərəkəti hesab etmir. Bu barədə alyansın baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının noyabrın 16-da keçirilən iclasının yekunlarına dair məlumat verib. Stoltenberq NATO Nizamnaməsinin 4-cü maddəsinin tətbiq edilməsinə ehtiyac olmadığı barədə razılığa gəlib. 
                       ***
 ABŞ Respublikaçılar Partiyası Nümayəndələr Palatasına nəzarət etmək üçün tələb olunan 218 yerlik baryeri keçib. “CNN”in məlumatına görə, hadisələrin belə nəticəsi ABŞ Prezidenti Co Baydenin daxili gündəminə müdaxilə edəcək və çox güman ki, Ağ Evi “amansız araşdırmalara” məruz qoyacaq. Bundan əvvəl Demokratlar ABŞ Senatında qalib gəlib.
                      ***
 Şimali Koreya şərq sahillərindən ballistik raket atıb, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Şimali Koreya daha əvvəl ABŞ-ın bölgədəki təhlükəsizlik varlığını artırmaq üçün atdığı addımlara "daha sərt hərbi cavab" verəcəyi ilə hədələyib.
                      ***
 Beynəlxalq Paraolimpiya Komitəsi Rusiyanın üzvlüyünü dayandırıb. Qərarı 64 nümayəndə dəstəkləyib, 39 nəfər əleyhinə səs verib, 16 nəfər isə bitərəf qalıb. Təşkilat iddia edir ki, bu qərar Rusiyanın təşkilatın nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlı olub.