Bayden: "Mask və onun varlı dostlarından bezmişəm"

ABŞ Prezidenti Co Bayden amerikalı sahibkar İlon Mask və onun varlı dostlarından bezdiyini söyləyib.

Lim10.az xəbər verir ki, Birləşmiş Ştatlar lideri bu barədə özünün "X" sosial şəbəkə hesabında yazıb.

"Mən Elon Mask və onun zəngin dostlarının seçkini satın almağa çalışmasından bezmişəm", - Birləşmiş Ştatlar prezidenti qeyd edib.

Xatırladaq ki, hazırda ABŞ-də ən çox müzakirə edilən mövzulardan biri iş adamlarının Donald Trampın kampaniyasına sponsorluq etməsidir.