KİV: Ermənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşıb

Ermənistan hökuməti Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini ABŞ-a verməyə razıdır.

Lim10.az "Operativ Media"ya istinadən xəbər verir ki, bu iddia ilə Periodista Digita (İspaniya) nəşri çıxış edir.

Nəşr Ermənistan, Azərbaycan və ABŞ razılaşdırılan gizli memoranduma istinad edib. Bildirilir ki, Ermənistanın Sünik (Zəngəzur) rayonundan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda “Tramp körpüsü” nəqliyyat dəhlizinin yaradılması nəzərdə tutulur.