İsrail Livanda hücuma hazır olduğunu elan edib

"İsrail istənilən vaxt Livanda hücuma keçə bilər".

Lim10.az "Times of Israel"ə istinadən xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Ehtiyatda olan əsgərlərlə danışan Qalant, hazırda İsrail Müdafiə Ordusunun yalnız kiçik bir hissəsinin döyüşlərdə istifadə edildiyini bildirib. Onun sözlərinə görə, cənubdakı əsas hücumdan tutmuş, şimalda əsas hücuma qədər hər şey bir saniyədə dəyişə bilər.

Qalant qeyd edib ki, Livan "Hizbullah" hərəkatının düşməncəsinə hərəkətləri nəticəsində bu, tez, gözlənilmədən və çox kəskin şəkildə baş verə bilər, lakin İsrail danışıqlara hazırdır.

İsrailin müdafiə naziri "Hizbullah"ı BMT qətnaməsinin tələbinə uyğun olaraq Litani çayının kənarında yerləşən sərhəd xəttindən çəkilməyə çağırıb.