Sutkanın əsas dünya xəbərləri

Gecənin əsas xəbərləri ☕️????

 ABŞ Nümayəndələr Palatasında demokratlara iyirmi ilə yaxın rəhbərlik edən Nensi Pelosi vəzifəsindən getdiyini açıqlayıb. Bu bəyanat respublikaçılar Nümayəndələr Palatasına nəzarət etmək üçün lazımi sayda mandat qazandıqdan sonra verilib. Nümayəndələr Palatasının sədri vəzifəsini icra edən ilk qadın olan Pelosi Kaliforniya dairəsini təmsil etməyə davam edəcək.
                    ***
 Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası Ukraynada "çirkli bomba" izinə rast gəlinmədiyi barədə qətnamə qəbul edib. Agentlik həmçinin Rusiyanı Zaporojye atom elektrik stansiyasının ərazisindən öz hərbi qulluqçularını çıxarmağa və stansiyaya əsassız iddialardan əl çəkməyə çağırıb.
                       ***
 Yaponiyanın Baş naziri Fumio Kisida KXDR tərəfindən ölkənin iqtisadi zonasına düşdüyü iddia edilən qitələrarası ballistik raketin buraxılışını “tamamilə qəbuledilməz” adlandırıb. Yaponiya Sahil Mühafizəsi raketin Hokkaydonun şimalındakı bir adadan təxminən 210 kilometr aralıda düşdüyünü bildirib. Bir gün əvvəl Şimali Koreya qısa mənzilli raket atıb və ABŞ-ın bölgədəki təhlükəsizliyini gücləndirmək üçün atdığı addımlara “daha sərt hərbi cavab” xəbərdarlığını edib.
                        ***
 Böyük Britaniya iqtisadiyyatı tənəzzül içindədir, bunu ölkənin maliyyə naziri Ceremi Hant cümə axşamı İcmalar Palatasında çıxışı zamanı deyib. Onun sözlərini “Bloomberg” agentliyi yayıb. Bildirilir ki, 2022-ci ilin sonuna qədər Britaniya iqtisadiyyatının artımı 4.2% təşkil edəcək. 2023-cü ildə iqtisadiyyat 1.4% kiçiləcək və 2024 və 2025-ci illərdə müvafiq olaraq 1.3 və 2.6% göstəricilərinə qayıdacaq.