Ukraynanın azad edilmiş ərazilərində 700-dən çox meyit aşkarlanıb

Ukrayna ordusunun azad etdiyi Xarkov, Donetsk  və Xerson vilayətlərinin ərazilərində son iki ayda 700-dən çox öldürülmüş ukraynalının cəsədi aşkarlanıb. UNİAN-ın məlumatına görə, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin bildirib.
“Xarkov, Xerson və Donetsk vilayətlərinin işğaldan azad edilmiş ərazilərində 700-dən çox cəsəd tapılıb və bu, yalnız son iki ayda baş verib. Onların demək olar ki, 90%-i mülki şəxslərdir. Ukrayna vətəndaşlarının qanunsuz saxlanıldığı və işgəncələrə məruz qaldığı 20-dən çox yer müəyyən edilib”, - deyə baş prokuror noyabrın 19-da axşam Ukrayna telemarafonunun efirində bildirib.


Onun sözlərinə görə, ukraynalıların öldürüldüyü yerlərin çoxu sentyabrda ərazilərinin çoxu Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilən Xarkov vilayətində aşkarlanıb.

“Xarkov vilayətinin demək olar ki, hər bir şəhərində, hər bir kəndində mülki Ukrayna vətəndaşlarının öldürüldüyü yerlər tapdıq”, - Andrey Kostin bildirib.

Onun sözlərinə görə, “eyni vəziyyət” Xerson vilayətində də müşahidə olunur, lakin orada “iş yeni başlayır”