Sutkanın əsas dünya xəbərləri



 Seçkilərin ilkin nəticələrinə görə, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 85%-dən çox səslə qalib gəlir. Seçkilərdə iştirak 69.43% təşkil edib.
            ***

Britaniya idxalçıları səlahiyyətlilərin tədarük çatışmazlığı ilə bağlı verdiyi xəbərlərə baxmayaraq, Rusiya neftini almağa davam edir. “The Sunday Times”a görə, neft Yunanıstan, Almaniya, Hollandiya və ya digər ölkələrdə bir gəmidən digərinə daşındığı üçün idxal Avropaya aid edilib. Ümumilikdə, mart ayından Böyük Britaniya 778 milyon funt sterlinq dəyərində Rusiya nefti alıb. Dekabrın 5-dən Böyük Britaniyaya Rusiya neftinin idxalına qadağa qoymağı planlaşdırır.
                        ***
 Dünya çempionatının ilk oyununda Ekvadorla qarşılaşan Qətər 0:2 hesabı ilə uduzub. Beləliklə, Qətər yığması dünya çempionatının açılış oyununda məğlub olan ilk komanda olub.