İngiltərə Ukraynaya "Brimstone 2" raketi verib

Böyük Britaniya Ukraynaya təkmilləşdirilmiş "Brimstone 2" lazerlə idarə olunan raketlərini təhvil verib - "The Telegraph".

Onların uçuş məsafəsi əvvəllər verilmiş birinci nəsil raketlərdən 2 dəfədən çox yüksəkdir.

Nəşrin məlumatına görə, "Brimstone 2" adətən havadan buraxılır. Lakin Ukrayna ordusunda bu raketlər  yük maşınlarından mobil işə salma qurğusu ilə buraxılır.

Bir raketin qiyməti təxminən 207 min dollar qiymətləndirilir. Uçuş məsafəsi təyyarədən 60 km, yer platformalarından isə 10-12 km-dir.