Məmurun şikayətinə görə 14 il həbs kəsildi: "Vəzifəsindən yararlanıb məni həbs elətdirdi..."
“Bizim tikinti şirkətimiz vardı. O da Prezident Administrasiyasında dövlət layihələrində bizim kurator idi. Onun sifarişiylə çoxlu sayda evin, ofis binalarının təmir-tikintisini həyata keçirmişik. Hətta onun özünün, ailə üzvlərinin evlərini, obyektlərini də biz təmir elətdirmişik”, - təqsirləndirilən işadamı Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
