İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - YENİLƏNİB
İcra Hakimiyyəti iddiaları təkzib edir!
Bakı şəhəri, Pirallahı rayon sakini Vüsalə Suvarova icra başçısı Vasif İmanovdan şikayətçidir.
***
Pirallahı Rayon İcra Hakimiyyətinin məsələyə rəsmi mövqeyi:
İlk növbədə qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasına və digər
normativ aktlara müvafiq olaraq, insanların, xüsusi ilə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil
olmuş şəxslərin, şəhid ailələrinin və bu kateqoriyadan olan digər şəxslərin sosial-məişət və
həyat şəraitlərinin daha da yaxşılaşdırılması, onların sağlam və təhlükəsiz yaşayışının
təmin edilməsi istiqamətində davamlı tədbirlərin görülməsi Bakı şəhəri Pirallahı Rayon
İcra Hakimiyyətinin də qarşısında duran əsas prioritet vəzifələrdəndir.
Bildiririk ki, müraciəti əsasında Vüsalə Suvarovanın anası Suvarova Cəmilə Cəlil
qızına bələdiyyə tərəfindən Pirallahı qəsəbəsində 1000 kv.m torpaq sahəsi verilmiş və
humanizm prinsipi əsas götürülərək orada 3 ədəd fərdi yaşayış evinin tikintisinə şərait
yaradılmışdır. Həmçinin anası, şəhid ailəsi kimi mənzil növbəsinə alınmışdır.
Vətəndaşlar müxtəlif müraciətləri (istəkləri) ilə bağlı rayon İcra Hakimiyyətinin
başçısı və Aparatın məsul əməkdaşları tərəfindən müntəzəm qəbul edilmiş və
dinlənilmişlər. Onlara daim diqqət və qayğı göstərilməkdədir. Daşınmaz əmlakla bağlı
vətəndaşlar yaşadıqları binanin önündə onlara məxsus olmuş, fəaliyyət göstərməmiş,
kommunal (qaz, su, işıq) təchizatı və heç bir sənədi olmayan obyektin söküldüyün
bildirərək, bərpasında köməklik göstərməsini istəmişlər. Bununla bağlı hər hansı sənəd
təqdim edilməmişdir. Həmçinin RİH tərəfindən iddia olunan tikinti sahəsi ilə bağlı hər-
hansı göstəriş, qərar verilməmiş və fəaliyyət göstərən heç bir tikinti sökülməmişdir. Rayon
ərazisində abadlıq-quruculuq işləri isə MKTB tərəfindən həyata keçirilir.
Qeyd olunanlarla yanaşı vətəndaş Vüsalə Suvarova müxtəlif yerlərdən ona qeyri-
yaşayış sahələrinin verilməsini və ya fəaliyyət göstərməmiş, heç bir kommunal şəraiti
olmayan iddia etdiyi ərazidə yeni obyektin bərpasına imkan yaradılmasını tələb etmişdir.
Humanizm prinsipi əsas götürülərək müxtəlif şəxslərə aid olan 4 ədəd obyekt Pirallahı
MKTB tərəfindən ona təklif olunmuşdur. Vətəndaş ilkin baxış zamanı təklifləri qəbul
etdiyini və məmnunluğunu bəyan etmişdir. Lakin sonradan yeni iddialar irəli sürərək hədə-
qorxu, şər-böhtan, təhqir, şantaj yolunu seçərək digər istək və tələblərini irəli sürmüşdür.
Növbəti tələbi isə iddia etdiyi fəaliyyət göstərməyən yarım tikilinin aidiyyəti qurum
tərəfindən fundamental şəkildə və yüksək zövqlə bərpa edilərək, Suvarova Vüsaləyə
təqdim edilməsi olmuşdur. Lakin bu da vətəndaşı qane etməmişdir. Vətəndaşa dəfələrlə
qanunvericiliyin bütün norma və qaydaları izah olunmuş, tutduğu mövqeyin səhv olduğu
nəzərinə çatdırılmışdır.
Rayon rəhbərliyi bu kateqoriyadan olan şəxsləri daim diqqət mərkəzində saxlayır.
Vətəndaş Suvarova Vüsalənin əməlləri sadəcə təəssüf və təəccüb doğurur.