Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan normallaşma prosesi müzakirə olunacaq.
Bu barədə Lim10.az Türkiyə KİV-ə istinadən bildirir.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması olacaq.
Həmçinin Yunanıstanla münasibətlər, Şərqi Avropada və Yaxın Şərqdə davam edən müharibələr, terrorla mübarizə istiqamətləri üzrə də müzakirələr aparılacaq.
Suriya ilə münasibətlərin normallaşması məsələsi də gündəmdə duran məsələlərdəndir.