Millət vəkili Bəxtiyar Əliyevə ağır itki üz verib.
Lim10.az xəbər verir ki, deputatın qardaşı Qabil Əliyev dünyasını dəyişib.
Qeyd edək ki, Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur.
Vəzifədə irəli çəkilərək 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb.
O, həmçinin Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi müavini kimi çalışıb.



















