Bosniya və Herseqovinanın Nazirlər Şurası çətənənin (kannabis) tibbi məqsədlərlə istifadəsinə icazə verən qərar qəbul edib.
Lim10.az xəbər verir ki, hökumətin qərarına əsasən, çətənə maddəsi qəti qadağan olunan 1-ci qrupdan, istifadəsinə ciddi nəzarət altında və tibbi məqsədlərlə icazə verilən 2-ci qrupa keçirilib.
Qeyd edək ki, bu qrupa artıq uzun illərdir səhiyyə sistemində istifadə olunan tiryək və morfin kimi maddələr daxildir.




















