"Ermənistanda hər şey imitasiyadir" - erməni ekspert

Politoloq və media eksperti Karen Vrtanesyan xüsusi təyinatlı birləşmələrin təlimlərinin keçirilməsini elan edən Ermənistan Müdafiə Nazirliyini ələ salıb.

KİV-ləri xəbər verir ki, bu barədə o, Facebook hesabında yazıb.

“KİV-lərin birində oxudum ki, Müdafiə Nazirliyi “xüsusi təyinatlı birləşmələrin təlimlərindən” foto və videolar dərc edib.

Nəhayət məşq etdiklərini düşünərək MO səhifəsini sevinclə açıram.

Bildiyiniz kimi, Azərbaycan Ermənistandan fərqli olaraq 2 ildən artıqdır ki, təkbaşına, həm də Türkiyə ilə birlikdə bir-birinin ardınca irimiqyaslı hərbi təlimlər keçirir.

Təəssüf ki, videoda heç bir manevr və ya təlim yoxdur. açıq-aydın görünür ki, bu, Hollivud döyüş filminin musiqisinə 12 nəfərin iştirakı ilə səhnələşdirilmiş klipdir. Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin vaxtaşırı yayınladığı və uzun illər dalbadal balaca pilotsuz təyyarənin buraxıldığı təkrar klipdən başqa heç nə görmədim,

Bir sözlə, təlimlər imitasiyası.

Ermənistanda hər şey imitasiyadır. İqtisadi inkişafın imitasiyası, elm və təhsilin imitasiyası, təhlükəsizlik sisteminin imitasiyası və hətta bayramların imitasiyası”, - Vrtanesyan yazıb.