ABŞ ilə gərginlik yaşayan Venesuela lideri Nikolas Maduro səhnədə qeyri-adi çıxışı ilə gündəmə gəlib.
Lim10.az xarici KİV-ə istinadla xəbər verir ki, o, ABŞ-nin Venesuela sahillərində neft tankerini ələ keçirməsindən sonra keçirilən mitinqə qatılıb.
Mitinqdə ispan dilində "Mən müharibəyə qarşı olan Amerika vətəndaşları ilə danışıram”, - deyə Maduro söyləyib.
O, daha sonra 1988-ci ildə məşhur olan "Narahat olma, xoşbəxt ol"(Don't Worry Be Happy) mahnısını oxuyub.
Maduronun musiqi sədaları altında rəqs edən çıxışı ABŞ-yə verilən “narahat deyiləm" mesajı kimi şərh edilib.
Qeyd edək ki, ABŞ daha əvvəl Venesuela sahillərində neft tankerini ələ keçirib və göyərtədəki təxminən 60-100 milyon dollar dəyərində nefti müsadirə edəcəyini açıqlayıb.
Venesuela hökumət rəsmiləri ABŞ tanker əməliyyatını beynəlxalq səviyyədə "piratçılıq" və "resurs oğurluğu" kimi xarakterizə edib.
Karakas administrasiyası hadisəni "Venesuelanın təbii sərvətlərinə açıq-aşkar hücum" kimi qiymətləndirib.
Billurə




















