ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynanın Müstəqillik Günündə (24 avqust) Rusiyanın ölkəyə hücumlarının miqyasının artacağı ilə bağlı xəbərdarlıq edib.
Lim10.az xəbər verir ki, xəbərdarlığın mətni diplomatik korpusun rəsmi internet saytında dərc olunub.
ABŞ səfirliyi hazırda Ukrayna ərazisində olan vətəndaşlarına rəsmi mətbuatda dərc edilən xəbərləri mütəmadi izləməyi, hava hücumu xəbərdarlığı zamanı sığınacaqlarda oturmağı, fövqəladə vəziyyət zamanı Ukrayna rəsmilərinin göstərişlərinə əməl etməyi tövsiyə edib.