"Nəsimi olayı"nın qaranlıq pərdəarxası - "Müdaxilə qaçılmazdır"

“Nəsibi Nəbizadə canını "Qurtuluş"dan qurtara bilmir. Məncə, reablitasiya mərkəzi adı altında fəaliyyət göstərən bu "konslager"in fəaliyyəti araşdırılmalı və rəhbəri məsuliyyətə cəlb edilməlidir!”

Lim10.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Zülfiyyə Qurbanova deyib. O, Nəsibi Nəbizadənin qaçdığı mərkəzə qaytarılmasını hüquq pozuntusu adlandırıb:

“Əvvəla, bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və bu şəkildə ictimailəşməməlidir. Özlərini reklam etmək üçün bir insanı məsxərə obyektinə çevirib, el-aləmə rüsvay edirlər.

İkincisi, asılılıqdan müalicə könüllü olmalıdır. Məcburi deyil!

Adam qaçıbsa, demək, istəmir. Onun axtarışı ailə üzvlərinin müraciəti ilə olmalıdır. Başqaları tərəfindən axtarışı və gizləndiyi yerdən tapılaraq yenidən qaçdığı yerə götürülməsi ilk növbədə şəxsin azadlığının əlindən alınması, şəxsi həyat toxunulmazlığının pozulmasıdır!

Baş verənlər sivil qanunlarla idarə olunan bir ölkədə  yolverilməzdir. Ümumiyyətlə, onların qanundankənar fəaliyyətlərinə hüquqi qiymət verilməlidir!”, - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən tanınmış teleaparıcı Nəsimi Nəbizadə ötən gün müalicə aldığı "Qurtuluş" reabilitasiya mərkəzindən qaçıb. O daha sonra mərkəz əməkdaşları tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində tapılıb.

Billurə