Antalyada əri ilə dalaşan azərbaycanlı qadın intihara cəhd etdi

Türkiyənin Antalya şəhərində depressiyaya düşən qadın Boğaçayı körpüsündən tullanaraq intihar etmək istəyib.

Bu barədə Lim10.az "Milliyet.com.tr"yə istinadən xəbər verir.

Məlumata görə, Antalyanın Konyaaltı rayonunda həyat yoldaşı ilə ayrılmaq ərəfəsində olan azərbaycanəsilli Kabatur B. adlı qadın yaxınlarına zəng edərək intihar edəcəyini bildirib. Daha sonra Boğaçayı körpüsünə doğru gedib. Hadisə yerinə gələn həyat yoldaşını gördüyü zaman qəfildən özünü körpünün barmaqlıqlarından suya atıb. Əraziyə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib.

Xilasedicilərin ona doğru irəlilədiyini görən qadın olduğu yerdən uzaqlaşmağa başlayıb və xilas edilmək istəmədiyini deyib. Xeyli davam edən cəhdlərdən sonra qadın "Mavi yengeç" adlı su səthindəki tullantı toplama maşını ilə sudan çıxarılıb və sahilə gətirilib.

Qadının sahildə baş verənləri izləyən həyat yoldaşı üsyan edib. O, polisə bildirib ki, Kabatur B-nin ailəsi qeyri-qanuni mühacirdir və bu yaxınlarda kimsə bu barədə aidiyyəti orqanlara məlumat verib. Kabatur isə buna görə ərini günahlandırır.

"Ailəsinin qaçaq olduğunu başqa kimsə deyib, mən niyə şikayət edim?", - deyə əri qeyd edib.

Sudan çıxarıldıqdan sonra qadın və əri sağlamlıq qrupları tərəfindən yoxlanılaraq ifadələrinin alınması üçün polis bölməsinə aparılıblar.

Antalyada əri ilə dalaşan azərbaycanlı qadın intihara cəhd etdi

Antalyada əri ilə dalaşan azərbaycanlı qadın intihara cəhd etdi