Beyonsdan Trampa etiraz

Amerikalı müğənni Beyons sosial şəbəkələrdə Donald Trampın videosunda yer alan trekdən sonra siyasətçiyə onun "Freedom" mahnısından istifadə etməyi qadağan edib.

Lim10.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.

Trampın mətbuat katibi Stiven Çunq keçmiş prezidentin təyyarəni Beyonsun trekinin sədaları altında tərk etməsinin videosunu paylaşıb. "Rolling Stone" və "Billboard" xəbər verir ki, müğənninin leybl və musiqi naşiri bundan sonra mahnının istifadəsinin qarşısını almaq üçün addımlar atıb. Nəticədə, Çunqun videosu sosial şəbəkələrdən silinib.

Demokratların namizədi Kamala Harris vitse-prezidentliyə namizəd Tim Uolz ilə birlikdə "Freedom" trekini kampaniyalarının mərkəz hissəsinə çeviriblər. Onlar aktyor Ceffri Raytın çıxışını da əks etdirən reklam çarxında mahnının yeni akapella versiyasını təqdim ediblər.